İmtahanların keçirilməsi qaydası AÇIQLANDI - VİDEO
Bir müddət sonra abituriyentlər üçün həyəcanlı günlər başlayacaq. Buraxılış və qəbul imtahanları start götürəcək. Bu il imtahanlarda suallardan tutmuş, keçirilmə qaydasına qədər hər şey dəyişəcək. Dövlət imtahan mərkəzinin sektor müdiri xanlar xanlarzadə dəyişən qaydalar haqqında XəzərXəbər-in suallarını cavablandırıb.
Qəbul və buraxılış imtahanlarına bu il suallar fərqli formada salınacaq. Hətta bir çox mövzularla bağlı sualların ümumiyyətlə salınması nəzərdə tutulmur.
Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, abituriyentlərin dərsdə olmadıqları müddətdə keçmədikləri mövzular barədə suallar qəbul imtahanında yer almayacaq.
Xanlar Xanlarzadənin sözlərinə görə, imtahan zallarında da abituryentlər əvvəlki qaydada oturmayacaqlar. Yeni qaydalara əsasən, hər bir auditoriyada 12, maksimum 15 nəfər olacaq. İmtahandan sonra isə bütün zallar tam dezinfeksiya ediləcək.
11-ci siniflərlə yanaşı, 9-cu sinif şagirdləri və texnikomlara imtahan verənlər üçün də xüsusi qaydalar tətbiq olunacaq.
Qeyd edək ki, XI sinif buraxılış imtahanlarının iyun, qəbul imtahanlarının isə iyul ayı ərzində təşkil edilməsi planlaşdırılır.