Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 15-05-2020, 19:30

Aritmiyası və ürək çırpınması olanlar nə yeməlidir ? – Faydalı – zərərli qidalar

Aritmiyası və ürək çırpınması olanlar nə yeməlidir ? – Faydalı – zərərli qidalar
Bu gün ürəyində ritm pozulması, nəbzin 100-dən yuxarı olması, aritmiya, taxikardiya və ürək çarpılması kimi simptomlar yaşayan insanlar çoxdur. Ürək bizim nə yediyimizə və içdiyimizə önəm verir.

Bu problemləri olanlar xüsusilə qida məsələsində diqqətli olmalıdırlar.

LOADİNG.AZ Medicina.az-a istinadən ürək və damarlar üçün faydalı olan, ritmi stabilləşdirməyə yardım edən qidaların və bitkilərin siyahısını təqdim edir.

Ürək üçün kaliy, maqniy, kalsium və dəmirlə zəngin qidalar seçilməlidir.

Bunlar: banan, cəfəri, kartof, kələm, balqabaq, günəbaxan, quru meyvələr, xurma, qoz, xiyar, paxlalılar, ispanaq, avokado, qarabaşaq, balıq, dəniz məhsulları, kəsmik, pendir, kök, çuğundur, ağ lobya, pomidor, nar və s.

Aritmiyası olanlar qırmızı üzüm şirəsi, təbii şərab, yağlı balıqlar, kəsmik, pendir, qoz, badam, giləmeyvələr, qırmızı bibər, pomidor, sobada bişmiş kartof, qarğıdalı, günəbaxan, qarpız, armud, şaftalı, ərik, nar, alma yeməlidirlər.

Eləcə də buğda yağı, zeytun yağı, kətan toxumu yağı istifadə etməlidirlər.

Nələr qəti olmaz:

- Bütün hisə verilmiş məhsullar, kolbasa, sosis, duzlu balıq
- Marinadlar, şoraba, duzlu, souslar
- Şəkər, un məmulatları
- Qızarma yeməklər
- Acı, ədviyyat
- Tünd qəhvə, çay olmaz

Bu adamlar az-az , tez-tez yeməli, mədəni çox doldurmamalıdır. Eləcə də çox gəzməli,artıq çəki varsa maksimum azaltmalıdırlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 464 441 411 429 435

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.