HASANLY

HASANLY Xəbərlər 18-05-2020, 14:39

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçdi

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçdi
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 18-dən etibarən ölkədə vətəndaşların SMS-lə icazə alması prosesi ləğv olunduğundan metro stansiyalarında sərnişinlərin sayı artıb.


Bunu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, karantin qaydalarında yumşaldılma davam etdiyindən metropoliten gücləndirilmiş rejimdə fəaliyyət göstərir: "SMS icazə bu gündən ləğv olunduğundan sərnişin sayında artım müşahidə edilir. Buna baxmayaraq, Bakı metropoliteni Nazirlər Kabineti yanında Operativ Qərargahın metodiki göstərişləri və tətbiq olunan qaydalara uyğun olaraq fəaliyyətini davam etdirir. Tibbi maskası olmayan sərnişin metro stansiyalarına buraxılmır, sosial məsafənin saxlanmsı ilə bağlı sərnişinlərlə mütəmadi iş aparılır, tövsiyyələr olunur".

B.Məmmədov deyib ki, metropoliten fəaliyyətini bərpa edəndən sonra qatarlar sıx intervalla hərəkətini davam etdirir: "Pik saatlarda "Həzi Aslanov"- "28 May" stansiyaları arasında qatarların hərəkət intervalı 2 dəqiqəyə endirilib. Hazırda da metropoliten gücləndirilmiş iş rejimində çalışır". (trend)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 352 355 338 298 292

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.