Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 22-05-2020, 12:22

Azərbaycanda 8 günlük tətil başlayır

Azərbaycanda 8 günlük tətil başlayır
Sabahdan Azərbaycanda 8 gün qeyri-iş günü olacaq.


Baş Nazir Əli Əsədov 15 may 2020-ci il tarixli, 177 saylı "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" qərar imzalayıb.

Big.az xəbər verir ki, 2020-ci il istehsalat təqviminə uyğun olaraq 24 və 25 may tarixləri Ramazan Bayramına təsadüf edir. Bundan əlavə, 28 may tarixi də Respublika günü olduğu üçün qeyri-iş günü hesab edilir. Qeyd edək ki, Ramazan Bayramının ikinci gününün bazar günü olan 24 may 2020-ci il tarixinə təsadüf etməsi səbəbindən 26 may 2020-ci il tarixi də qeyri-iş günü hesab olunur.

Nazirlər Kabinetinin müvafiq qərarında qeyd edilir ki, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilsin. Beləliklə, xüsusi iş rejiminin tətbiqi nəticəsində beşgünlük iş rejimində 29 may 2020-ci il tarixi qeyri-iş günü olacaq. Altıgünlük iş həftəsində çalışanlar üçün xüsusi iş rejiminin tətbiq dairəsinə isə 3 gün – 23, 29 və 30 may tarixləri təsadüf etdiyi üçün həmin günlər qeyri-iş günləri hesab ediləcək. Yəni, işəgötürən xüsusi əmək rejimi tətbiq edilən günləri qeyri-iş günləri hesab etsə də, həmin günlər üçün işçilərə əmək haqqı hesablamalıdır. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
301 382 353 306 303 275

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.