☹ Ayrılıq nikahı....☹
Sabahı olmayan xeyirsiz eşqin
Ayrılıq nikahın qıydım bu sabah,
Könlümə qəsd etdim, boğdum sevgimi,
Mən sevən könlümə qıydım bu sabah.
Ayrılıq nikahın qıydım bu sabah,
Könlümə qəsd etdim, boğdum sevgimi,
Mən sevən könlümə qıydım bu sabah.

Səni bir ilahi, tanrı sanmışdım,
Sevgində az qala iman tapmışdım,
Sənə aldanmağa elə alışdım
Düzü də bir yalan saydım bu sabah.
Sevgində az qala iman tapmışdım,
Sənə aldanmağa elə alışdım
Düzü də bir yalan saydım bu sabah.

Sevgidən bağlandı, kor oldu gözüm,
Yalançı sevgindən boğuldum özüm,
Dilində doğruya yad oldu sözün,
Axır yalanlardan doydum bu sabah.
Yalançı sevgindən boğuldum özüm,
Dilində doğruya yad oldu sözün,
Axır yalanlardan doydum bu sabah.

Oxun daşa dəydi, dəyərsiz eşqim,
Barsız, baharatsız, bəhərsiz eşqim,
Səninlə könlümün, xeyirsiz eşqim,
Ayrılıq nikahın qıydım bu sabah.
Barsız, baharatsız, bəhərsiz eşqim,
Səninlə könlümün, xeyirsiz eşqim,
Ayrılıq nikahın qıydım bu sabah.







