Xaliq

Xaliq Sağlamlıq 26-05-2020, 16:16

Saçı çox tökülən kişilər bu xəstəlikləri yoxlatsınlar - Dazlaşmanın səbəbləri

Saçı çox tökülən kişilər bu xəstəlikləri yoxlatsınlar - Dazlaşmanın səbəbləri
Keçəlləşmə ürək xəstəliyi riskinin artmasından xəbər verir.

Tokio Şəkərli Diabet fakultəsinin mütəxəssisləri 37.000 kişi arasında apardıqları analizlərin nəticəsində bu qərara gəliblər ki, keçəlləşmə və dazlaşma nə qədər çoxdursa, ürək qan damar riski bir o qədər yüksəkdir.

Kişilərdə xüsusən qulaq arxası və başın arxasında dazlaşma aşağıdakı risklərin əlaməti ola bilər:

-Prostat xəstəlikləri

-Şəkərli diabet

-Xroniki iltihab

-Testosterona həssaslıq

Məhz bu faktorlar ürək -qan damar xəstəliklərini tezləşdirir.

Ürəyin işemik xəstəliyi ilə dazlaşma arasında birbaşa əlaqə var. Həkimlər bu fakta diqqət yetirsə yaxşı olar. Dazlaşma problemi olan kişilər tərkibində testosteron olan qida əlavələri, idman qidalarından uzaq dursunlar. Çünki bu qidalar saçların daha sürətlə tökülməsinə səbəb olacaq. Kişilər dazlaşmadan saç əkdirməklə canlarını qurtara bilərlər. Amma bu onlarda ürək xəstəlikləri riskini azaltmır.

Odur ki, saçlardan çox ürək-qan damar sistemini nəzarətdə saxlayın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 433 360 437 358 387

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.