Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 2-06-2020, 15:55

Diri-diri torpağa basdırılan körpə möcüzə nəticəsində sağ qaldı - VİDEO

Diri-diri torpağa basdırılan körpə möcüzə nəticəsində sağ qaldı - VİDEO
Hindistanda diri-diri torpağa basdırılmış körpə möcüzə nəticəsində sağ qalıb.

“Daily Mail” xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında yerləşən kəndlərin birində yerli sakinlər torpağın altından ağlayan körpə səsi eşidiblər.

Ehtiyatla torpağı qazan sakinlər oradan əl və ayaqları hərəkət edən oğlan uşağı aşkar ediblər.

Körpə dərhal xəstəxanaya çatdırılıb.

Onu müayinə edən həkimlər bildirib ki, balacanın həyatına və sağlamlığına hər hansı təhlükə yoxdur.

Yerli sakinlərdən biri isə körpəni övladlığa götürmək məqsədi ilə aidiyyatı qurumlara müraciət edib. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
349 322 324 313 379 296

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.