Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 2-06-2020, 15:55

Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu - FOTO

Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu - FOTO
Milli Məclisin deputatı Qənirə Paşayeva polkovnik-leytenant Ramil Səfərovun evinə gedib.

Millət vəkili ziyarəti ilə bağlı fikirlərini sosial media hesabında paylaşıb: “Dəyərli qardaşımız, Macarıstanda məhkəmə qarşısında dayananda, "əgər üzr istəsən, daha yüngül cəza alacaqsan, əks halda, cəzan çox ağır olacaq!" dediklərində belə, son sözündə məhkəməyə üz tutaraq "mən sizdən mərhəmət deyil, ədalət istəyirəm!" deyib, çıxışında ermənilərin işğalçı zehniyyətini və işğalçıların bağışlanmaz hərəkətlərini faktlarla sadalayan mərd zabitimiz Ramil Səfərovun ailəsini ziyarət etdik, geniş fikir mübadiləsi apardıq. "Yüz minlərlə soydaşın, həmvətənin yanındadır!" dedik.

Avropa İnsan Haqları Məhkəməsinin qərarını başqa cür şərh etmək istəyənlərə isə demək istəyirəm ki, bu, işğalçı Ermənistanın uğuru yox, tam tərsinə, böyük uğursuzluğu oldu. Çünki Ramillə və Azərbaycan dövləti ilə bağlı qaldırılmış böhtan dolu, əsassız iddiaları, qitə məhkəməsi qəbul etmədi; bununla da ermənilərin bununla bağlı bütün çirkin niyyətləri puç oldu...”.(publika)

Qənirə Paşayeva Ramil Səfərovun qonağı oldu - FOTO

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
410 316 354 330 334 310

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.