Səndə yaşa yaşadiqlarımı...
Gecənin bir yarsı qəlbində sancılarla oyan sən də, hər gecənin hər bir yarısı xatirələr gəlsin otursun sənin də içinə. Divarları başına vur, əllərinə, dizlərinə, bütün xatirələri al yerdən yerə vur bəlkə elə anlarsan.
Ağlayaraq oyan hər səhər, ama gizli, görməsin kimsə. Üzülər anan deyə hər saniyə içinə batan bıçaqlarla dost ol, amma hər şeyə rəğmən gülümsə. Boş gördüyün hər düzlükdə başqa bir xatirəni izlə və gəl də sevmə. Fərqli yollara necə sürükləndik düşün, başını hər gecə yastığa deyil də bizi ayıran yollara qoy sən də.
Üzüm silinərkən yaddaşından, səsim gedərkən qulaqlarından narahat ol, necə unudular boyun qoxusu deyə ağla. Saçının bir telini digərindən ayırmazkən mən, sən də ən dərin saygını duy bizi ayıran cəsarətimizə. Yaşadığın hər gözəl şeyin ardına bir ədəd də mənli olan bir xatirə əlavə et.
Mənsizliyə qəzəblən, hisslərinin qurbanı ol. Sevmirəm de, ya da gəl artıq sevmədiyini söylə. Hər gecənin bir yarısı tam solundan vursun yatagının sağ tərəfi səni də 🥀






