Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 2-06-2020, 16:06

Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu
Bərdə rayonunda dəhşətli qətl hadisəsi törədən şəxs saxlanılıb.

Ötən gün Bərdə rayonunun Alaçadırlı kəndində anasını və bacısını odlu silahla öldürən Toğrul Zeynallı könüllü olaraq polisə təslim olub. 

Qeyd edək ki, Toğrul Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib. Dəhşətli cinayətə qısqanclığın səbəb olduğu bildirilir.

Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
328 309 303 292 243 303

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.