amon

amon Sevgi 19-09-2016, 22:12

Ruhun ziyarəti

Ruhun ziyarəti
Ruhun ziyarəti
Onu ilk görəndə necə də sevinmişdim, qismtəimdir deyə. Sonra xoş günlər yaşadıq, sevincdən sığmırdım mən yerə, göyə. Amma bitti bir gün hər şey, ilk gördüyüm yerdə də məni qoydu, getdi... heç bilmədim niyə! Mənsə unutmadım, hər gün üsyan etdim, ağlamaq istədim, gözlərim susdu, qəlbim ağladı və bir gün qəlbim də dözmədi bu nakam sevgiyə. O da küskün küskün qapadı özünü qaranlıq bir səssizliyə.
Səndəmi de sevdin vəfasız yarı?!
Halından görürəm, dostum belədir...
Səndəmi ömründən sildin qızları?!
Bilirəm səni də bu dərd inlədir...

Səndəmi sevinib görəndə onu
Sandın ki dünyanın xoşbəxti sənsən...
Səndəmi bilmirdin çatacaq sonu
Görmədən dünyanın bədbəxti sənsən...


Zənn etdin ondan çox yaxının olmaz:
İçindən nə gəldi söylədin ona.
Görəndə yadlaşır o sənə az-az
Düşünüb durdun ki neylədin ona...

Bütün olanları sən dönə-dönə
Gözünün önünə gətirdin bir-bir.
Səhvim harda idi deyib özünə
Bilmədin olanlar bir bəhanədir.


Yenə də sən onu haqlı sayaraq
Dedin ki, bəlkə bir səhv eyləmisən.
Sən özün-özünü hey qınayaraq
Sandın ki bir onu məhv eyləmisən.

Özünü günahkar saydın hər zaman
Sızladı ürəyin, peşiman oldu.
Özünü özünə sən bildin yaman
Beynində min fikir, min güman oldu.


Tutdu gözlərini onun sevgisi
O xoş xəyalların aldatdı səni...
Dinləmək bilmədin sən heç bir kəsi
O boş xəyallarınn aldatdı səni...

Gecələr uzandı, gəlmədi səhər...
Siqaret tüstüsü boğdu, bilmədin.
Saatın əqrəbi döndü birtəhər
Günəş eyni vaxtda doğdu, bilmədin.


Gülüş dodağına həsrət qalanda
Sən qəmi dost bildin, sirdaşı oldun.
Ürəyin kövrəlib gözün dolanda
Ölümü düşündün, baş daşı oldun...

Onsuz yaşamağı sən ölüm bildin
Çarəsiz boylandın baxdın görmədin.
Gündə neçə dəfə öldün, dirildin.
Ruhun sıxdı səni, amma ölmədin...


Hərdən də düşündün ona qıymazsan
Birdən tutsa onu qəfildən ahın.
Sən onun dərdinə belə doymazsan
Qəzəbi tutarsa göydə Allahın.

Əl açıb Tanrıya dua da etdin:
Onun bir telinə zərər dəyməsin...
Özün qəm içində boğulub itdin
Yalvardın dərd onun qəddin əyməsin.


O səni eylədi ürəyi xəstə.
Sən onun dizində ölmək istədin.
Adını anaraq ən son nəfəsdə
Onu xoşbəxt görüb gülmək istədin...

İndi məzarının üstündəyəm mən!
Bir vaxt birgə olub, bir can olmuşuq...
Artıq mən ruh oldum, sən soyuq bədən
Biz nakam bir eşqə qurban olmuşuq...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
650 605 605 594 606 591

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.