HASANLY

HASANLY Xəbərlər 11-06-2020, 11:27

Daha bir marşrut xətti "BakuBus"a verildi

Daha bir marşrut xətti "BakuBus"a verildi
Bu gündən 24 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus “BMC Procity” 12 metrlik müasir və komfortlu avtobuslarla həyata keçirilir.


Bu barədə  Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, dəyişiklik nəticəsində paytaxtın Bakıxanov və Qaraçuxur qəsəbələrinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi və metronun “N.Nərimanov” stansiyası ilə marşrut xətti ilə əlaqələndirilməsi təmin edilib.

Sərnişinlərin “BakıKart”ın balansını artıra bilməsi üçün 24 nömrəli marşrut xətti boyunca, xüsusən də Bakıxanov və Qaraçuxur qəsəbələri ərazisində 7 ünvanda pos-terminal qoyulub.

 

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
392 366 350 296 374 341

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.