Xaliq

Xaliq Sağlamlıq 11-06-2020, 18:33

KORONAVİRUS GÖZƏ NECƏ TƏSİR EDİR? – HƏKİM DETALLARI SADALADI

KORONAVİRUS GÖZƏ NECƏ TƏSİR EDİR? – HƏKİM DETALLARI SADALADI
Rusiya Dövlət Dumasının Sağlamlığın qorunması komitəsinin mütəxəssisi, həkim-oftalmoloq Tatyana Şılova koronavirusun görmə qabiliyyətinə təsirlərini açıqlayıb.

loading.az 
bildirir ki, həkimin sözlərinə görə, gözlərin koronavirus üçün "giriş qapısı" olduğuna dair araşdırmalar mövcuddur:

"Bizə bəzi virusların davranışları məlumdur. Onlar sadəcə gözün səthini deyil, həmçinin qana daxil olaraq daxili strukturunu zədələyirlər. Ona görə də, virusun daxil olması nəticəsində gözün tor qişası, xoroid və görmə siniri zədələnə bilər. Bundan başqa, görmənin zəifləməsinə səbəb, həmçinin koronavirusa qarşı istifadə edilən preparatlar da ola bilər".

T.Şilova nümunə kimi hidroksixlorini deyib: "O, göz qişasında dəyişikliklərə yol açıb, yəni görmə itiliyi, akkomodasiyanı (müxtəlif məsafələrdən görmə qabiliyyəti - red.) poza bilər, işıqdanqorxma əmələ gələ bilər, uzun müddət istifadədə isə retinopatiyaya səbəb ola bilər"

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 443 523 482 533 465

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.