Bax buna görə "HƏR ŞEYİMSƏN"
Hər səhər gözlərimi açma səbəbimsən sən. Bundan günlər sonrasını deyil, həftələr sonrasını deyil, aylar sonrasını deyil illər sonrasını belə düşündürənsən sən. Yoxluğunda boğulma hissi verənsən sən. Yaşamaq üçün ehtiyacım olansan.
Gözümdən belə çəkindiyimsən sən. Dırnağın belə qırılsa canımın yandığısan sən. Ömürümün sonuna qədər istədiyimsən sən.Bax buna görə sevdiyimsən sən. Əslində ağlayan yanımdaydın sən, bahara küsmüş, qışa sarılmış. Əslində gülən yanım idin. Şirin xəyallara bürünmüş dizlərimdəki dərmansızlığım idin sən.
Sən mənim həm təbəssümüm həm gözümün yaşı idin. Əslində mənim tərifim idin sən və tərifsizliyimdə. Küsüşlərimin ardından, dözə bilməyib barışmalarımdın sən. Getmələrim idin bəzən amma ən çox qalmalarım. Buraxmalarım idin ağlaya - ağlaya amma ən sonunda qucaqlamalarım idin..
Yaxşı ki-lərim idin, həmdə kaşki-lərim. Gah varlığım idi, gah yoxluğum. Əslində sol yanım idin ən çox. Sənə hər "həyatım" deyişimdə tutulub qalmalarım idin. Həmdə seyə bilmədiklərim, susduqlarımdın sən, bəzən. Bəzəndə dəli kimi qışqırdıqlarım idin öz özümə. Sən həmişə həsrətini çəkdiyim idin əslində ömrümə yayılmış bir qoxu idin..
Sən tərifim və tərifsizliyimdin. Şübhəsiz titrəyişlərim idin sən. Ümidlərim idin ümidsizliklərim idin. Bəzəndə sirrim idin. Əslində həmişə gizlim idin sən. Əslində MƏN SƏNDİM. Səni sevirəm deyərkəndə get deyərkəndə küsərkəndə gülərkəndə qısqanırkəndə. "Bezdim artıq" deyərkən belə öz özümə ən gizli yanım idin sən mənim.
Xoşbəxtliyimsən sən, ümidimsən sən, nəfəsimsən sən, imtina edə bilməyimsən sən, eşqimsən sən, sevdiyimsən sən. Bax buna görə "HƏR ŞEYİMSƏN"







