amon

amon Sevgi 17-05-2020, 20:39

Susun Susun Susun !!!!

Susun Susun Susun !!!!

Susun, bilirəm siz də bilmək istəyirsiniz bu qədər sevərkən ayrılığımızın səbəbini, amma deyə bilmərəm sizə heçnə onun haqqında, onu sevərkən necə özüm kimi tanıyırdımsa, sonra necə yanıldımsa, onu necə sirr kimi saxlayırdımsa, indi də saxlayacam, ondan yalnız mən nifrət edə bilərəm, yalnız Mən!

Onu, məni bu hala salan insanı mənim dlimdən tanımağınızı istəmirəm, ondan sizin də nifrət etmənizi istəmirəm, odur ki, onun haqqında soruşmayın məndən, sual verməyin mənə! Susun..!

Susun, onun adını belə söyləməyin mənə! Niyə anlamırsınız? Niyə başa düşmürsünüz məni? O yadıma düşəndə məhv oluram, dəli oluram! Xatırlatmayın onu mənə, xatırlatmayın köhnə xatirələrimi, xatırlatmayın xəyanətini, Susun!

Onun getdiyi yolları getməzkən, onun baxdığı filmlərə baxmazkən, onun xoşladığı bir şeyi xoşlamazkən, onun məndə olan yadigarına bir kəz belə olsun baxmazkən, onu unutmağa çalışarkən onu soruşursunuz, onu xatırladırsınız mənə. Niyə?! Niyə əzab verirsiniz mənə?! Bəs deyilmi çəkdiklərim?!
Sizdən susmağınızı istəyirəm, sadəcə Susun!


Artıq yeni həyata başlamışam, zəhərli sarmaşıqlarımı kəsib atmışam, köhnə xatirələri unutmuşam, onu unutmuşam, ama siz bu ardı kəsilməyən sualları, onun haqqda sualları verdikcə nifrət hissini, ona qarşı olan nifrət hissini oyadırsınız məndə! Buna nə haqqınız var? 
Allah xatirinə susun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
711 758 705 717 692 649

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.