Kənan Heydərov

Kənan Heydərov Sağlamlıq 17-06-2020, 15:00

İnsanlar ən çox həftənin bu günü ürək tutmasından ölürlər

İnsanlar ən çox həftənin bu günü ürək tutmasından ölürlər
İndiyə qədər elə düşünürdülər ki, qəfil ürək tutması ən çox həftənin bazar ertəsi günü səhərlər baş verir.
Amma bir qrup Amerika alimləri bunun belə olmadığını müəyyən ediblər.


LOADİNG.AZ Medicina.az-a istinadən bildirir ki, araşdırmaçılar, əsasən, qəfil ürək tutması və ürəyin elektrik aktivliyinin pozulması hallarını araşdırıblar.
Həkimlərin sözlərinə görə, xəstələrin müalicə üsullarının dəyişdirilməsi qəfil ürək dayanması riskini artırır. Başqa bir amil isə insanın həyat ritminin dəyişməsidir.
"Son 10-20 ildə insanların rəftarı həqiqətən də çox dəyişib. Bizim iş ritmimiz dəyişib, daima əlaqə halındayıq. Mən bunu "daimi işlək vəziyyət" adlandırardım. Bir çox insanlar ya işləyirlər, ya da smartfonlarla məşğuldurlar", - deyə həkim Çuq bildirir.
Həyat tərzinin bu cür dəyişməsi sirkad ritmlərin pozulmasına və stressə səbəb olur.
Araşdırma nəticəsində ürək tutmasının ən çox gündüz vaxtı yaşandığı məlum olub. Həkim Çuq artıq bazar ertəsinin "ölüm günü" hesab edilmədiyini bildirir. Düşünülənin əksinə olaraq, bazar günləri daha çox qəfil ürək dayanması hadisələri yaşanır. Statistikaya görə, qəfil ürək dayanması keçirən insanlar xəstəxanaya çatdırılmadan dünyalarını dəyişirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
438 464 398 518 389 461

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.