amon

amon Sevgi 17-02-2018, 03:25

Gəl bölüşək səninlə

Gəl bölüşək səninlə
Gəl bölüşək səninlə yolları.
Gəl bölüşək səninlə yolları.
Yolun başlanğıcında mən durum, sonunda sən. Çünki sən sonluğun mənim üçün nə qədər vacib olduğunu yaxşı bilirsən...
Yolun arxasınca qovuşmaq üçün biz gedək. Bəzi yolların bitimi bizə yeni yolların başlanğıcını gətirəcək. Amma olsun. Bir düşün ki, hər yeni yol bir sonluq gətirəcək. O zaman mən sənin durduğu yerdə dayanacağam, sən isə mənim.
Əslində sən məndən xoşbəxtsən. Bilirsən niyə? Çünki sən yolun başlanğıcını tapmaq üçün yola düşürsən. Başlanğıcı olan bir yolu tapan insanlar ən xoşbəxt insanlardır. Səni xoşbəxt görmək üçün, o yolun başlanğıcını tapmağın üçün hər gecə dua edirəm.
Mənsə bu yolun bizi hara aparacağını daha çox bilmək istəyirəm. Nə qəribədir elə deyilmi? Mən sonluğu görmək üçün sənə gəlirəm, sənsə hadisələri yenidən yaşamaq üçün mənə gəlirsən.Hər zaman sən deyirdin mənə:
- "Əgər getdiyin yolda qarşına maneələr çıxarsa heç qorxma! Çünki maneəsiz bir yol səni məqsədinə çatdıra bilməz!"
Biz indiki halımızdan hər zaman razı olduğumuzu deyirdik. O zaman bu yolu niyə qət edirik axı? Yoxsa elə deyilmi?

İndi anlayıram ki, yollar sadəcə getmək üçün deyil, bir nöqtəyə çatmaq üçün qət edilir...

Gəl bölüşək qorxuları.
Qorxulardan qorxmamaq gərək. Çünki onunda məqsədi məhz budur. Hətta şiddətli leysanlar, qasırğalar zamanı özünün əmək verib düzəltdiyi yuvası dağılan heyvanlar belə sığınmaq üçün bir yer mütləq taparlar. Leysan bitdikdən sonra mənim düzəltdiyim və əmək verdiyim yuvam nə üçün dağıldı deyə dərd etməzlər. Onlar insanlar qədər şüurlu olmasalarda daha ağıllıca davranıb dərdin, qorxunun əslində leysanın, qasırğanın bir daha yaşanmasında görərlər. Bizdə şüurlu davransaq əsl qorxunu birlikdə bölüşsək, ona birlikdə qalib gəlsək? Çox insan əslində qorxunun nə demək olduğuu bilmir. Biz qorxunun üstəsindən gələrək əslində onun nə demək olduğunu hər kəsə bildirsək? Bilmədiklərimizdən deyil, bildiyimizi sandıqlarımızdan daha çox qorxuruq. Qorxularımızı sorğulamaqdan qorxuruq. Qorxaqlar ölmədən əvvəl dəfələrlə ölərlər, biz cəsursa bir dəfə ölsək? Gəl bölüşək qorxularımızı, onu yüngülləşdirək və tamamilə içimizdən ataq. O şübhənin, etibarsızlığın, iç dünyamıza aid ən gizli sirlərin, özümüzə etiraf edə bilmədiyimiz səhvlərimizin, bizə geri qayıtmasıdır. Axı biz bir-birimizə yetəri qədər güvənirik... Yoxsa elə deyilmi?

İndi anlayıram qorxular əslində insanların nə dərəcə güclü olduğunu sınamaq üçün yaranıb.

Gəl bölüşək səninlə sevgini.
Gəl sevgimizi bölüşək. Sevgimizi layiqli şəkildə insanlara verək. O verdikcə çoxalandır, o verdikcə böyüyəndir. Sevgi, haqq edib etmədiyini ya da səni sevib sevmədiyini düşünmədən, son nəfəsi də ONA verə bilməkdir. Sevgi əslində bizim açmaq istədiyimiz bütün həyat qapılarının açarıdır. O açarı gəl birlikdə, düzgün istifadə etmək üçün qoruyub saxlayaq. Nə deyirsən hə? Bölüşəkmi sevgimizi?
Bizi yaşamaq səbəbimiz əslində sevgidir. Əgər içimizdə sevgi olmasa həyatda heç birimiz yaşamaq istəməzdik. Qocalmaqdan bu qədər qorxmazdıq, ölməkdən bu qədər qorxmazdıq!
Gəl bölüşək sevgimizi.. Mən sənə ürəyimi verim, sən mənə aldığın hər nəfəsi .. Mən sənə gözlərimi verim, sən mənə beynini, düşüncələrini ver. Sevgi əslində onu bölüşməkdir yoxsa qarşılıqlı olaraq nəyi verib, verə bilməməyəcəyimizi sınamaqdır?

İndi anlayıram sevgi özün üçün yaxşı olanı istədiyin zaman eyni arzunu onun üçün dilmək, eyni duanı onun üçündə etməkdir.

Gəl bölüşək səninlə rəngləri.
Həyatın sevilən və sevilməyən iki rəngi var. İnsanlar daha çox ağ və qaradan danışırlar. Bu iki rəng bizim həyatımız üçün o qədər əhəmiyyət daşıyır ki... Digər rəngləri hər birimiz sevirik. Çünki onlar həəyatı fərqli göstərir. Ancaq ağ və qara rəng bəzən bizim həyatımızı, bəzən hisslərimizi, bəzən iç dünyamızı, bəzən ağlımızda olanları, bəzəndə düşündüklərimizi dilə gətirir. Bəzilərimiz həyata ağ rəng olaraq baxarıq. Həyata daima şans verərik. Ruhdan düşməyə imkan vermərik. Bəzilərimiz isə həyata qara rəng olaraq baxarıq. Bizi sevən insanlara belə şübhə ilə yanaşarıq.

Gəl səninlə bölüşək bu iki rəngi.. Sən bəzən qara rəng ol, qara rəngin içində daşıdığı o pisliyi yox etməyə çalış. Qara kədər, bədbəxtlik, gözyaşı rəngi olmaqdan çıxsın. Bəzən isə ağ rəngə bürün. İstəklər, arzular daima ağ rəngdə olsun, insanlar pessimistliyin daşını atsınlar.
Həyatımızı rənglərə uyğun inanclarla yaşamaq. Rənglər bizim həyatımızı təyin edəcək qədər güclü deyillər. Əks halda sevib-sevmədiyimiz rəngləri biz təyin edə bilməzdik... Yoxsa elə deyilmi?

İndi anlayıram rənglər əslində sənin sadəcə gördüyün deyil, eyni zamanda görmək istədiyindir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
889 848 781 824 858 807

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.