Koronavirus bu tarixdə YOXA ÇIXA BİLƏR - Azərbaycanlı həkim AÇIQLADI - FOTO
"Verilən qərarlara və edilən tösüyələrə vətəndaşların tam həcmdə, kifayət qədər riayət etməməsi, müəyyən vətəndaş məsuliyyətsizlikləri yoluxma sayının artmasına səbəb oldu".
Bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist Azər Nağıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyunun 18-də keçirilən brifinqində ölkədə iyunun 21-dən iyulun 5-nə kimi ciddi karantin rejiminin tətbiq olunması qərarını şərh edərkən deyib.
O, Nazirlər Kabineti yanında Operativ Qərargahın iki həftəlik ciddi karantin rejimi qərarını virus zəncirinin qırılması baxımından vaxtında verilmiş düzgün qərar hesab edir:
"Dövlət mütləq belə tədbirlər görməli idi. Öncə iki həftə, həftə sonları hərəkət tam məhdudlaşdırıldı, indi isə keçdiyimiz ciddi karantin tədbirlərinin yenidən tətbiq olunması qərarı verildi. Qərar düzgün, yerində verilmiş qərardır. Çünki koronavirus infeksiyasını taleyin ixtiyarına, öz ixtiyarına buraxmaq mümkün deyil. Onu nəzarət altına almaq üçün mütləq tədbirlər görülməlidir. Bu zəncir qırılmalıdır, ona görə də vaxtında verilmiş qərar idi. Ciddi karantin rejiminin artırılan müddətdən də sonra uzadılma ehtimalı yarana bilər. Bu, vəziyyətə uyğun qiymətləndiriləcək. Havaların isti olmağına baxmayaraq insanların böyük şəhərlərdə, kompakt yaşayışın kifayət qədər çox olduğu yerlərdə bir-biri ilə yaxın təmas da qaçılmazdır. Ciddi karantin rejiminin uzadılması məsələsi aparılan tədbirlərin nə dərəcədə nəticə verəcəyindən, sanitar-epidemioloji durumun o anki vəziyyətindən asılı olacaq. Mən elə hesab edirəm ki, ciddi karantin rejiminin uzadılmasına ehtiyac olmayacaq. 5 iyuldan artıq təkrar yumşaldılmalar başlayacaq. Amma bunu bir zaman, bir də bizim qaydalara, tövsiyələrə necə riayət edəcəyimiz göstərəcək".