Xaliq

Xaliq İdman 24-06-2020, 11:30

"Qalatasaray"a Fatih Terim şoku

"Qalatasaray"a Fatih Terim şoku
Türkiyə Super Liqasının 28-ci turunda "Qaziantep"lə 3:3 hesablı bərabərliyə razılaşan "Qalatasaray" çempionluq uğrunda mübarizədə böyük zərbə aldı.


Son saniyələrdə penaltidən vurulan qolla "yıxılan" "Cimbom"da gözlənilməz hadisələr yaşana bilər.


Türkiyə mətbuatının yazdığına görə, klubun baş məşqçisi Fatih Terim vəzifəsindən gedə bilər.


Son nəticəyə görə, olduqca məyus və qəzəbli olduğu bildirilən 66 yaşlı mütəxəssisin radikal qərar qəbul edəcəyi gözlənilir.


Super Liqada qalan 6 oyuna ancaq qələbə qazanmaq üçün çıxacaq "Qalatasaray"ın çalışdırıcısının mövsüm sonunda klubu tərk edəcəyi ehtimalı böyükdür.


Qeyd edək ki, hazırda 51 xalı olan İstanbul təmsilçisi 4-cü pillədə qərarlaşıb. 59 xala malik "Başakşəhər" isə turnir cədvəlinin lideridir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 348 364 439 406 466

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.