Xaliq

Xaliq İdman 24-06-2020, 12:00

“Real” koronavirusa görə İngiltərədə oynamaq istəmir

“Real” koronavirusa görə İngiltərədə oynamaq istəmir
Koronavirus pandemiyası üzündən dayandırılan futbol üzrə Çempionlar Liqasının bərpası narazılıqlarla müşayiət olunur.
 1/8 finalda "Mançester Siti"nin qonağı olacaq İspaniyanın "Real" klubu İngiltərədəki səfər oyununa getmək istəmir.
Madrid təmsilçisi cavab oyununun neytral meydanda keçirilməsini təklif edir. "Real" rəhbərliyi bunu koronavirus pandemiyası üzündən İngiltərədəki durumun ürəkaçan olmaması ilə izah edir. Futbolçu və əməkdaşlarının sağlamlığı üçün ehtiyat edən ispaniyalılar neytral meydan üçün ən münasib variantın Portuqaliya paytaxtı Lissabon olduğunu düşünür.
Qeyd edək ki, "Mançester Siti" - "Real" oyunu avqustun 7-də keçirilməlidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
487 470 430 432 470 393

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.