Kənan Heydərov

Kənan Heydərov Texnologiya 1-07-2020, 08:08

TikTok, WeChat, Weibo kimi məşhur servislər Hindistanda qadağan olundu - Səbəb

TikTok, WeChat, Weibo kimi məşhur servislər Hindistanda qadağan olundu - Səbəb
Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmış 59 tətbiqin öz ölkəsində çalışmasına qadağa qoyub. Siyahıda TikTok, WeChat və Weibo kimi məşhur servislər var.

Bu barədə CNBC saytı xəbər verib.

Hindistan hökuməti qeyd edib ki, bu tətbiqlər ölkə suverenliyinə, bütövlüyünə, təhlükəsizliyinə, müdafiəsinə və ictimai asayişinə zərər verən fəaliyyət ilə məşğuldurlar.

Məlumata əsasən Hindistan hökuməti bu tətbiqlərin əslində hansı işlərlə məşğul olduqları barəsində məlumatlar əldə edib. Məlumatda qeyd olunub ki, həmin tətbiqlərdən istifadəçi məlumatlarının oğurlanmasında və onların gizli şəkildə Hindistandan kənarda yerləşən serverlərə ötürülməsində istifadə olunurlar. Sözügedən tətbiqlərin Hindistanda qadağan olunması dedikdə nəyin nəzərdə tutulması hələ biinmir. Belə ki, bu tətbiqlər Google Play və App Store platformalarında müstəqil şəkildə yerləşirlər.

Bununla yanaşı Hindistan TikTok servisinin ən böyük bazarlarından biridir. Belə ki, bu ilin aprel ayında qeyd olunmuş 2 milyard yüklənmənin 30%-i məhz Hindistan bazarının payına düşüb. Counterpoint tədqiqat şirkətinin analitiki Tarun Pathak qeyd edib ki, bu qadağa Hindistandakı hər üçüncü smartfon istifadəçisinə təsir göstərəcək. Sanksiya siyahısına düşmüş bütün tətbiqlərin ümumi istifadəçi kütləsi isə 500 milyondan çoxdur. Hindistanda qadağan olunmuş servislərin siyahısı aşağıdakı kimidir.(technote.az)

TikTok, WeChat, Weibo kimi məşhur servislər Hindistanda qadağan olundu - Səbəb

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
428 460 541 462 526 549

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.