Th30

Th30 İdman 4-07-2020, 17:07

Azərbaycanlı futbolçuya İngiltərənin başqa klubundan maraq var

Azərbaycanlı futbolçuya İngiltərənin başqa klubundan maraq var
Millimizin futbolçusu Renat Dadaşov İngiltərənin “Koventri” klubunda çıxış edə bilər.

Bu barədə Britaniya mətbuatı azərbaycanlı jurnalist Fərid Ələkbərova istinadən məlumat yayıb.

Məlumatda qeyd olunur ki, II diviziondan I diviziona (Çempionşip) yüksəlmiş klub “Vulverhempton”da əsas heyətə düşə bilməyən 21 yaşlı R.Dadaşovu sıralarına qatmaqda maraqlıdır.

Onun xidmətində “Mançester Yunayted”in sabiq futbolçusu, “Koventri”nin 50 yaşlı baş məşqçisi Mark Robinsin şəxsən maraqlı olduğu deyilir. Hazırda futbolçunun icarəyə götürülməsi üçün “Vulverhempton”la danışıqlar aparılır.

Qeyd edək ki, Renat Dadaşov 2020-ci ilin yanvar ayında I divizion klubu “Birminhem”ə icarəyə verilməyə yaxın olsa da, transfer pəncərəsi bağlandığından keçid baş tutmamışdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
472 425 459 443 406 392

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.