Th30

Th30 Xəbərlər 4-07-2020, 17:25

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi iyulun 2-də ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış polis postlarının bərpa edilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, zərurət olan ərazilərdə postlar yenidən bərpa olunub:

“Bir çox ərazilərdə karantin postları yığışdırılıb, bəzi yerlərdə isə marşrut postları fəaliyyət göstərir. Daxili işlər orqanlarının əməkdaşları, DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları, polis əməkdaşları sərt karantin elan olunan ərazilərdə, yollarda, hətta məhəllədaxili yollarda gücləndirilimiş iş rejimində çalışırlar”.

K.Əliyev bildirib ki, küçə və prospektlərdə hərəkət iştirakçıları ciddi yoxlanılır:

“Xahiş edirik ki, müvafiq icazəsi olmadan kimsə yaşadığı yeri tərk etməsin. Sərt karantin rejimini pozan hər bir şəxs məsuliyyətdən kənarda qalmayacaq”.

“Əhali tələb olunan qaydalara ciddi nəzarət etsin ki, koronavirusa yoluxmanın qarşısını almaq mümkün olsun”, - deyə DİN rəsmisi qeyd edib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
424 389 419 382 398 378

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.