Ehmedzade

Ehmedzade özünü 😔 qəmli hiss edir. Video, Klip 6-07-2020, 20:02

MetaMorf - ElAy (ft J.O.) #BeytülHəzan


Sözleri


Mənə kimlər dərd çıxarar,
Səni məndən uzaq salar?
Gözlərindən xəbərin var neçə sətrimin əsiri olar?
Sən gülərsən güllər açar şər dağılar yağış yağar,
Bədirlənmiş Ay da çıxar səma rəngi mavi olar.

Qoyduğun tək xatirəni gecə gündüz axtararam,
Heç bir yerdə tapmadım ki kitablarımı varağlaram,
Yazılarım sərxoş olar sətrlərimə mey qataram,
Məndə sığar iki cahan mən bu cahanda sığmaram.

Sözlərinə fikir verməyən bir aciz yazaram mən,
Oturaram sabah axşam yalnız səndən yazaram mən,
Qovuşmağın çarəsi yox ömür günümü pozaram mən,
Dənizdə su olarsan, səhrada qumam mən.

Gəl artıq düşüncələr düşlərindən oyansın
Dənizə dönsə gül üzün gözlərində su yansın
Mən üşüdüm bəlkə dünya mən donaram o yansın
Duy səsimi ya Rəbbim sən hər şeyi duyansın

Hamı sığar dünyaya bizə gələndə yer dolar
Üzüm gülər üzdən ama bil içimdə gül solar
Gülüşünə tərif olmaz yaram yenədə tez qanar
Unutma sən ağlarsan bahar fəsli qar yağar

Ağlama sən gün batanda hüzün düşər göz dolar
Yazmaz qələm bir yerdən anca dayanar əl yumular
Bir tərəfim yarpaq tökər o biri yanımı yel vurar
Hamı gedər fərq eləməz
Sən gedərsən ay tutular..

Nakarat:

Gel hayalim
Anıları alalım kaçalım buralardan
Gel yoruldum yalanları yaşayan qururumdan
Bir ömür var birde aşkımız yeter bu zamana
Gel baharım kaybolalım

Gözlərin dərinimiş bir batdım çıxammadım
Rəsmini bir çəkdim min çalışdım pozammadım
Gələndə rahat keçsin istəmişəm (istəmişəm)
Küçələrə su səpmişəm yar gələndə toz olmasın

Xətrinə heç dəymədik ki əllərini tutmadım
Uzaqdan sevdim səni saçlarına toxunmadım
Birdən incinərsən söz deməyə də qıymadım
Mən xəyalımı tapdım ama anılarımı tapmadım

Nakarat:

(2x)
Gel hayalim
Anıları alalım kaçalım buralardan
Gel yoruldum yalanları yaşayan qururumdan
Bir ömür var birde aşkımız yeter bu zamana
Gel baharım kaybolalım..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1786 1565 1513 1501 1597 1547

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.