Mən artıq həyatda tək qalmışam
Mən artıq həyatda tək qalmışam
Mən artıq həyatda tək qalmışam
Birin sevdim ömrümə artıq oldu
Sənsizliyin izinə düşüb aradım
Niyə sənsiz qalmışam niyə
Sualım olsun bəxtə taleyə
Niyə bu vəziyyətə salır insanı
Bilmək istəyən,bilmək istəsə
Sevgidir tutuan bu dünyanı
Həyatda hərşeyim sən olmusan, sən
İndi həsrətinlə alovlanıram
Yanıb artıq kül olmuşam mən
Bir möhkəm küləklə qanadlanıram
Sevgi sözünün mənası çoxdu
Sevgi olan yerdə ayrılıq olar
Artıq həsrətinə gözümdə toxdu
Səni bucür sevirəmsə mən
Bu sevgi sənlə əbədi qalar
Artıq bezmişəm əğyar əlindən
Kaşki tutaydım ey yar əlindən
Mənim varım dövlətim səndin
Şərəfim şöhrətim ismətim səndin
Mənliyim niyə almısan məndən
İndi xatirələr qurşağındadır
Mən onları başımın tacı etmişəm
Mənim xatirə sandığım günlər
Səninsə ayağının altındadır
İndi heçnə olmamış kimi
Üz-üzə gələndə sadəcə
Sadəcə danışır gözlərimiz
Hər baxdıqca baxışın
Qəlbimə bir ox sancır
Səni unutmağı bacarmıram mən
Bu sirrin həcmini bilirdin axı
Bir dəfə sənə sənünçün darıxdım dedim
Diz çöküb həsrətə yalvardım dedim
Nə olar qönçəmi soldurma dedim
Ayrılıqla ömrümü doldurma dedim
Darıxmışdım sənünçün çox darıxmışdım
Gördüm səni dinə bilmədim
Sevirəm mən səni deyə bilmədim
Salam verib necəsən dedim
Sənsə soyuqcasına yaxşıyam dedin
İndi bilirəm artıq gecdi
Sadəcə dadıma bu qələm çatır
Sənə cəsarət edib aça bilmədiyim hisslər
İndi isə bu vərəqdə yatır
Müəllif Ceyhun Kürdəxanlı






