amon

amon İdman 11-07-2020, 15:30

“Neftçi” TV üçün dörd aparıcı əməkdaşlığa cəlb olundu

“Neftçi” TV üçün dörd aparıcı əməkdaşlığa cəlb olundu
“Neftçi” TV üçün 70-80 faiz əməkdaş yığılıb. Avadanlıqlarımız da test yayımı üçün hazırdır. Test yayımına başlayanda bu barədə məlumat yayacağıq”.

Bunu Oxu.Az-a “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib.

O, telekanala “İdman TV”dən şərhçi İsmayıl Abdullayevlə əməkdaşlıq edəcəklərini bildirib:
“İsmayıl Abdullayev bizdə aparıcı kimi işləyəcək. Həmçinin, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində oxuyan üç oğlan tələbəni aparıcı kimi dəvət etmişik. Qız aparıcı da axtarırıq. Elə adam axtarırıq ki, tələbə və efirdə yeni sima olsun. Test yayımından sonra onlar arasından da seçim edib, hansı tələbəni saxlayacağımıza qərar verəcəyik”.

Qeyd edək ki, test yayımdan sonra “Neftçi”nin televiziyası “YouTube” üzərindən səkkiz saatlıq rejimdə fəaliyyət göstərəcək. Gələcəkdə isə bu televiziyanın peykə çıxması nəzərdə tutulub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
527 525 499 440 475 468

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.