Th30

Th30 Xəbərlər 12-07-2020, 12:44

Gəncədə leysan: Yaşayış evlərini, həyətyanı sahələri su basdı - FOTO

Gəncədə leysan: Yaşayış evlərini, həyətyanı sahələri su basdı - FOTO
Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.

APA-nın yerli bürosunun məlumatına görə, gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.

Yağışdan ziyan çəkmiş ərazilərə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və Nizami rayon İcra hakimiyyətinin başçıları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib.

Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verib.

Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilib. Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.

Gəncədə leysan: Yaşayış evlərini, həyətyanı sahələri su basdı - FOTO
Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.