Ehmedzade

Ehmedzade Sağlamlıq 16-07-2020, 15:57

Kimə günəbaxan tumlarını yemək olmaz?

Kimə günəbaxan tumlarını yemək olmaz?
[/i]


Günəbaxan tumları sağlamlıq üçün çox faydalı məhsuldur. Onların tərkibində müxtəlif vitamin və minerallar, yağlı turşular var.

Lakin tumları qızardılmış deyil, çiy halda yemək lazımıdr. Qızardılmış tumların tərkibində faydalı maddələrin miqdarı kəskin azalır.

Mütəxəssislər dükanlarda satılan hazır qızardılmış tumları alıb yeməyi tövsiyə etmirlər. Bu tumların tərkibində ürək, böyrəklər, sümük toxumasına mənfi təsir edən kadmiy ola bilər. Mütəxəssislər bazarda açıq şəkildə satılan tumları almağı, onları yaxşı yuyub qurutmağı və yalnız sonra çiy şəkildə (!) yeməyi tövsiyə edirlər. Tumları salat və kəsmiyə də əlavə etmək olar. Gün ərzində 1 ovuc tum yemək olar.

Tumları dişlərinizlə təmizləməyin. Bu diş emalına çox mənfi təsir edir.

Həmçinin bəzi xəstəliklər və pozulmalar zamanı günəbaxan tumlarını yemək olmaz.

Belə ki, mədə-bağırsaq sistemi xəstəlikləri (mədə xorası, qastrit) zamanı günəbaxan tumlarının istehlakı arzuolunmazdır.

Tumların çoxlu miqdarda qəbulu mədə qıcqırmasına səbəb olur.

Tumlar səs tellərinə mənfi təsir edir. Səs tellərinizdə problemlər varsa, tumlardan imtina edin. Müğənnilər, müəllimlər və s. səs tellərindən "alət" kimi istifadə edənlər də günəbaxan tumlarından uzaq durmalıdır.


[i]

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 483 406 394 490 390

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.