amon

amon Xəbərlər 17-07-2020, 18:29

Azərbaycanda karantin rejimində icra başçısı oğluna toy edib?

Azərbaycanda karantin rejimində icra başçısı oğluna toy edib?
Ötən gün bəzi xəbər resurslarında Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin oğlu Turalın ölkədəki pandemiya şəraitində toy mərasimi təşkil etməsi barədə xəbər yayılıb.


"Report" xəbər verir ki, məsələyə münasibət bildirən Vidadi İsayev bunun həqiqəti əks etdirmədiyi və kimlərinsə xəstə təxəyyülünün məhsulu olduğunu bildirdi:

"Mənim oğlum bir il əvvəl nişanlanıb və bu il iyul ayının 3-də hər iki tərəfin razılığı ilə gənclər "zaks"a gedərək öz nikahlarını rəsmiləşdiriblər. Sizi və oxucularınızı əmin edirəm ki, nəinki toy mərasimi, hətta ailədaxili hansısa qonaqlıq belə təşkil edilməyib. Ancaq görünür, gənclərin atdığı bu addımdan kimlərsə öz çirkin məqsədlərini həyata keçirmək üçün istifadə ediblər".

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 398 342 356 398 356

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.