Th30

Th30 Sağlamlıq 26-07-2020, 11:47

Günvurmanın ilk əlamətləri AÇIQLANDI

Günvurmanın ilk əlamətləri AÇIQLANDI
Güclü başağrısı və başgicəllənmə günvurmanın ilk əlamətləri hesab olunur.
Günvurma sürətlə inkişaf edən haldır. Bu səbəbdən, yay aylarında xüsusilə diqqətli olmaq lazımdır.

Günvurmaya məruz qalmış şəxsin bədən səthinin temperaturu yüksəlir, lakin tərləmə müşahidə olunmur. Eyni zamanda, ürəkbulanma və qusma başlaya bilər. Nəbz sayı artır, tənəffüs tezləşir.

Qeyd olunur ki, gün vurmuş şəxsi xilas etmək üçün onu dərhal sərin yerə aparmaq, alnına və bədənin açıq hissələrinə yaş dəsmal qoymaq lazımdır. Çox sıx geyim çıxarılmalıdır ki, dəri nəfəs ala bilsin.

Həkimlər bildirirlər ki, isti günlərdə xüsusən ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin diqqətli olması vacibdir.
Geri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.