QURBAN BAYRAMINIZ MÜBARƏK
İsmayıl qurbanı İslam adına,
Rəbbim son anında catdı dadına,
Bir toğlu göndərdi, dedi qanına
Boyanıb al qanda, olmasın bəndəm..
Bu gün bayram edir el aləm cahan
Kəsilir hər yerdə necə min qurban,
İbrahim Peyğəmbər sınanan zaman,
Lütf etdi dar anda,qalmasın bəndəm ..
Müqəddəs bu gündə bayram olaraq,
Əbədi silinməz yadda qalaraq,
Buyurub yaradan hər il anaraq,
Kəssin qurbanları paylasın bəndəm..
Seymurun sevdiyi,əziz bayramı,
Bir-birini təbrik eyləyir hamı.
Dəyişsin kasıbın ağzının tamı,
Yetim könlünü şad eyləsin bəndəm.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV






