HASANLY

HASANLY İdman 5-08-2020, 10:13

Ronaldu getmək istədiyi klubun adını açıqladı

Ronaldu getmək istədiyi klubun adını açıqladı
"Yuventus" klubunun hücumçusu Kristianu Ronaldu PSJ-yə keçmək barədə düşünürmüş.

Loading.Az fanat.az-a istinadla xəbər verir ki, 2019-cu ilin oktyabr ayında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Lokomotiv"lə oynanılan matçdan (2:1) sonra komandasının performansından narazı qalan Ronaldu özündən çıxıb. Qarşılaşmanın ardınca Andrea Anyelli, Pavel Nedved, Canluici Buffon və portuqaliyalı futbolçunun meneceri Jorje Mendeşin iştirakı ilə görüş keçirilib.

Məhz orada Ronaldu PSJ-yə keçmək istəyindən bəhs edib. O, Neymar və Kilian Mbappe ilə birlikdə oynamağın xəyalını qurduğunu bildirib. Portuqaliyalı oyunçunun braziliyalılarla münasibətləri yaxşıdır. Bununla yanaşı, o, Parisi sevir və orada yaşamaq istəyir.

2019-20 mövsümündə A Seriyasında 33 matçda meydana çıxan Ronaldu 31 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
479 393 390 385 371 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.