"Selena"dan NÜMUNƏVİ ADDIM
2006-cı ildə yayımlanan "Selena" serialı ilə məşhurluq qazanan Sinəm Kobaldan yeni xəbər var.
Tezliklə ilk övladını qucağına almaq üçün gün sayan sevilən aktrisa Sinəm doğum gününə dörd gün qalmış mənalı bir istək irəli sürüb. Hədiyyə yerinə "Kansersiz Yaşam Vakfı"na ianə bağışlanmasını istəyib. "14 avqusta - doğum günümə çox az bir zaman qaldı. Bu il doğum günümü qeyd etmək yerinə, yaxşılıq edək dedim. Hədiyyə almaq yerinə isə xərçəng xəstəsi uşaqlarımızı xatırlayaq. Onların kiçik qəlblərinə toxunmaq üçün vəsilə olaq. Edəcəyimiz hər bir ianə çox qiymətlidir. Sevginin gücü və dəstəyi ilə sağaldaq, sağalaq" - ifadələri ilə öz "İnstagram" səhifəsində paylaşıb.
Qeyd edək ki, Sinəm Kobal məşhur aktyor Kənan İmirzalıoğlu ilə evlidir.