Arzum

Arzum Sağlamlıq 13-08-2020, 19:24

İnsanın gözünə əsasən ölümü təxmin edilə bilər

İnsanın gözünə əsasən ölümü təxmin edilə bilər
Göz bəbəklərinin ölçüsünə əsasən ürək çatışmazlığı olan xəstələrin ölüm tezliyini müəyyən etmək mümkündür.
Loading.az xəbər verir ki, bu barədə Yaponiyadakı Kitasato Universiteti Xəstəxanasının həkimləri məlumat verib. Onlar qeyd edib ki, göz bəbəklərinin kiçilməsi riskin yüksək olduğunu bildirir.
Mütəxəssislər iki il ərzində 870 xəstəni təqib edib. Araşdırma nəticəsində məlum olub ki, göz bəbəklərinin ölçüsü kiçik olan ürək xəstələri böyük göz bəbəkləri olanlardan iki dəfə çox ölüb. Bundan əlavə, kiçik göz bəbəkləri olan xəstələrin 50 faizi ürək problemlərinə görə yenidən xəstəxanaya yerləşdirilib, halbuki göz bəbəklərinin ölçüsü böyük olan insanların sadəcə 28 faizi yenidən həkimlərin köməyinə ehtiyac duyub.
"Müşahidələr göstərib ki, göz bəbəyinin ölçüsü ürək çatışmazlığı olan xəstələrin vəziyyətini qiymətləndirmək üçün qeyri-invaziv üsul ola bilər", - alimlər sonda qeyd edib.

İnsanın gözünə əsasən ölümü təxmin edilə bilər

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 446 442 432 477 427

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.