HASANLY

HASANLY Xəbərlər 14-08-2020, 10:42

Yoluxma artır, sərt karantin qayıda bilər

Yoluxma artır, sərt karantin qayıda bilər
Son iki gündə yoluxma sayının artması karantin davranış qaydalarına əməl edilməməsi ilə bağlıdır.

Bunu professor Adil Qeybulla son 2 gündə ölkəmizdə koronavirusa yoluxmada artım müşahidə olunmasının karantinin yenidən sərtləşməsinə səbəb olub-olmayacağı barədə danışarkən deyib. O bildirib ki, avqust ayında bununla bağlı mənzərə tam aydınlaşacaq:

"Yoluxma sayının artması davranışlara bağlıdır. İnsanlar qapalı məkanlarda maskadan istifadə etmirlər. Maskası olanlar da ya burundan aşağıda, ya da əllərində saxlayırlar. Xəstəliyin indi subklinik formasında gəzənlər çoxdur. Çünki virus xeyli zəifləyib. Lakin maksimum dərəcədə diqqətli olmaq lazımdır”.

Qeyd edək ki, iki gün öncə günlük 79-a qədər geriləyən yoluxma sayı ötən gün 93-ə qalxıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
338 319 329 344 331 321

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.