HASANLY

HASANLY Xəbərlər 15-08-2020, 10:49

Rusiya ən çox bu ölkələrə turist göndərir

Rusiya ən çox bu ölkələrə turist göndərir
Uçuşlar bərpa edildikdən sonra Rusiyadan Antalyaya 63 min rus turist gedib.

LOADING.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Tur Operatorları Birliyi (ATOR) açıqlayıb.

Məlumata görə, Rusiya göndərdiyi turistlərin sayına görə mübahisəsiz liderliyini qoruyub saxlayır. 10-12 avqust tarixlərində Moskva, Sankt-Peterburq və Rostov-Dondan 63 min rus turist Antalyaya müntəzəm və çarter reyslərlə gedib.

Rusiyadan turist axını Ukraynadan üç dəfə, Almaniya və İngiltərədən səkkiz dəfə çoxdur.

Türkiyənin Egey sahillərinə ən çox turist göndərən ölkə də Rusiya olub. Avqustun 12-də Bodruma Rusiyadan 5 reyslə 1 800 turist gəlib. Bu rəqəm Bodrum hava limanına gedən xarici turist sayının 37 faizini təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
429 427 400 361 347 407

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.