ÊLfidÂ

ÊLfid İdman 15-08-2020, 17:46

Albaniyalı baş məşqçi: "Keşlə" ilə oyuna maksimum diqqət ayıracağıq"

Albaniyalı baş məşqçi: "Keşlə" ilə oyuna maksimum diqqət ayıracağıq"
İndiki məqamda komandanın vəziyyətini görmək üçün belə bir yoxlama oyununun keçirilməsi vacib idi".

Bunu Albaniyanın "Laçi" klubunun baş məşqçisi Armando Kunqu "Apoloniya" ilə yoxlama matçından (1:0) sonra yerli "Panorama" nəşrinə açıqlamasında deyib.

Albaniyalı mütəxəssis bildirib ki, komandasından daha çox şey gözləyir: "Bu, ilk görüşümüz idi. Ona görə də tələsik nəticə çıxarmaq olmaz. Hər şeyin öz vaxtı var. Amma açığı, futbolçulardan daha artığını gözləyirdim".

UEFA Avropa Liqasının I təsnifat mərhələsində Bakıda qarşılaşacaqları "Keşlə" ilə oyun barədə də danışan Kunqu bunun komandası üçün vacib matç olduğunu söyləyib: "Təsnifat mərhələsinin qarşılaşmalarını yaxşı bilirəm. Çünki bir neçə dəfə bu yarışın içində olmuşuq və uğur qazanmışıq. Mərhələ adlamağın klubun imici və gəliri baxımından nə demək olduğunun fərqindəyəm. Buna görə də "Keşlə" ilə oyuna maksimum diqqət ayıracağıq".

Qeyd edək ki, avqustun 27-də "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
409 395 394 445 401 372

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.