XoşbəxtLik özünə yetə biLməkdir
Vaxt öldürmək üçün görüşdüyünüz insanları dostmu hesab edirsiniz? Vaxtı yaşamaq üçün dostu olmalıdır insanın. Dost dediyin, boşluqları yox ehtiyyacları doldurmalıdır.

Özündən başqa birşeyə nə qədər çox bağımlı olarsan, o qədər az xoşbəxt olarsan. Xoşbəxtlik özünə yetə bilməkdir.
- Deyir, Paulo Coelho.


Mənim həyatım çoxdan ölmüşdü. Amma yenə də onu yaşamalıydım. Bir intihar idi bu. Başqaları bir silah, bir zəhər, bir kəndirlə öldürür özünü. Mən dəqiqələr və saatlarla intihar edirəm.


Keçirdiyin hisləri ifadə etmək çətin olur bəzən. Söz tapa bilməmək, cümlələri bir birinə mənalı şəkildə bağlamamaq kimi...Ya da saatlarla düşünüb , heç nə yaza bilmədiyin ağ vərəqə baxmağ kimi. Qəlbində o qədər ağrılı hislər var ki, sanki şaxtalı havada dərindən nəfəs alsan onları məhv edəcəyini düşünmək kimi..

Gecələr çətin keçir.
Düzdü o ağrı hər an səninlədi ama gecələr bir başqa hiss olunur.Qəlbinə sanki bıçaq kimi batır.
Nə edirsən necə edirsən qaça bilmirsən səni incidən o hisslərdən. Olmur alınmır bacara bilmirsən özünlə.
Kimsə görmür o gecəni necə sabah etdiyini anlamır çəkdiklərini.Eləcə özünlə qalırsan çarəsizcə, səssizcə.







