Arzum

Arzum Sağlamlıq 18-08-2020, 20:12

Bu vərdiş ömrü 10 il qısaldır

Bu vərdiş ömrü 10 il qısaldır
Cənubi Avstraliya Universitetindəki Sağlamlıq Mərkəzinin alimləri siqaret çəkməyin insan həyatını neçə il azaltdığını müəyyən ediblər.

Loading.az Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, buna görə mütəxəssislər 150 min şəxsin məlumatlarını təhlil ediblər. Nəticədə müəyyən edilib ki, hər siqaret çəkimi insanın bir neçə təhlükəli xəstəliyə yoluxma riskini 30 faiz artırır.

Eyni zamanda bu vərdişdən bir neçə il ərzində imtina etməsələr, emfizema (ağciyərdə genişlənmə və fəsadlar) xəstəliyinə yoluxma riski 17 dəfə artmış olur.
Bu xəstəlik xroniki obstruktiv ağciyər xəstəlikləri qrupuna aiddir. Bundan əlavə, siqaret çəkmək ateroskleroz və ağciyər xərçəngi riskini səkkiz dəfə artırır.

Avstraliya alimləri siqaret çəkənlərin çəkməyənlərlə müqayisədə 10 il tez öldüyünü müəyyən ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
473 466 442 394 415 423

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.