ÊLfidÂ

ÊLfid Maskalar 18-08-2020, 17:28

Quru üz dəriləri üçün maskalar

Quru üz dəriləri üçün maskalar
1)Təbii kartof maskası
1 ədəd kartofu soyun, süddə bişirib əzin, üz-boyun dərinizə çəkin, 15-20 dəqiqədən sonra yuyun.

2)Yumurta sarısı ilə maska
Çalınmış 1 yumurta sarısı və qaymağın üzərinə 1 xörək qaşığı çobanyastığı dəmləməsi əlavə edin. Təmiz salfeti isladıb üz-boyun dərisinə 15-20 dəqiqəlik qoyun.

3)Maya, yağ və südlü maska
1 xörək qaşığı maya, zeytun yağı və bir az südü qarışdırıb, üzünüzə çəkin, 20 dəqiqə saxlayıb yuyun.

4)Yağlı-yumurta sarılı maska
Yarımçıq yumurta sarısını çalıb, ora 1 damcı zeytun yağı əlavə edin. Maskanı dərinizə çəkin, 15-20 dəqiqə saxladıqdan sonra isti suya batırılmış pambıqla silin.

5)Köklü maska
Kökü sürtkəcin xırda gözündən keçirib, onu 1 yumurta🥚 sarısı ilə yaxşı-yaxşı qarışdırın, üzərinə 2-3 damcı limon şirəsi və bitki yağı 🧉əlavə edib qarışdırın, üzünüzə çəkin, 15-20 dəqiqədən sonra isti su ilə yuyun.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
645 707 589 547 647 612

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.