Ehmedzade

Ehmedzade Məsləhətlər 19-08-2020, 15:35

Göz şişkinliyini aradan qaldırmaq üçün bunları edin: 6 qızıl qayda

Göz şişkinliyini aradan qaldırmaq üçün bunları edin: 6 qızıl qayda



Allergiya, kosmetik vasitələr, ağlamaq, yuxusuzluq və bir çox digər səbəblərdən gözdə şişkinlik əmələ gələ bilər.

Bəs bunun aradan qaldırılması üçün nə etmək lazımdır?

Loading.az xarici KİV-ə istinadən göz şişkinliyini aradan qaldırmaq üçün təbii üsullarla həyata keçirəcəyiniz 6 qaydanı təqdim edir:

Buz:
Səhər oyandığınız zaman 2 buz qəlibini göz qapağına 10 dəqiqə müddətində kompres edin.

Çay vannası:
Soyuk çay paketlərini gözünüzün üzərinə qoyun və 5-10 dəqiqə saxlayın.

Çiy kartof:
Çiy kartofu əzin və göz qapaqlarının üzərində 15 dəqiqə saxlayıb ilıq su ilə durulayın.

Süd:
Soyuq südə batırılmış pambığı göz qapağına sürtüb 10 dəqiqə gözləyin.

Xiyar:
Xüsusilə yorğunluqla bağlı göz şişkinlikləri zamanı incə bir dilim xiyarı göz qapağının üzərinə qoyub 10-15 dəqiqə saxlayın.

Metal qaşıq:
Metal qaşığı göz qapağına yüngülcə qoyub biraz gözləyin. Bu üsul qan dövranını sürətləndirir və gözləri rahatladır.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
453 479 451 445 461 433

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.