ÊLfidÂ

ÊLfid Sevgi 19-08-2020, 19:45

Yanıma sən, əllərimə əllərin...

Yanıma sən, əllərimə əllərin...
Birini toxunmadan da sevmək olar. Qoxlamadan, səsini duymadan, üzünü görmədən. Canında hiss edərək sevmək var məsələn. Qoxusunu hər daim burnunda hiss edərək, gülüşünü xəyal edərəkdən. Ürəyinin döyüntüsünü öz ürəyində hiss edərək sevmək..Sənə aid oluşunu, varlığını, bir yerlərdə sənin üçün nəfəs aldığını bilib sevmək var.
Əsl marifət səbr'dir , ona qovuşduğun an' a kimi səbr. Nə olsun ki, yanında deyil canında olsun , ürəyində olsun , hislərində olsun.



Yanıma sən, əllərimə əllərin...Səni sevmək , dünyadakı ən gözəl hiss olsa gərək. Qurumuş bir çiçəyə,
su verməkdi səni sevmək. Darıxanda şəkillərdən, saçını sığallamaqdır.
Bir zəncir kimi ürəyimi, ürəyinə bağlamaqdır. Səni sevmək hüzurdur,
uşaq kimi sevinməkdir. Hər kəsə çirkin görünüb, sənə gözəl görsənməkdir.
Hər kəsdən sıxılıb, qaçıb, yanında xoşbəxt olmaqdır. Səni sevmək ömür boyu,
yanında uşaq qalmaqdır...




Məsafələrə rəğmən sevərdim mən.
İstədiyim vaxt sarıla bilməzdim üzünü görə bilməzdim bəlkə ama yenədə sevərdim səni.Bir xoş sözün yetərdi sevinməyimə 2 saniyə səsini eşitsəm keçərdi üzüntüm.
Problemlərimizi biryerdə həll edərdik.Sevincimiz kədərimiz olardı ama biryerdə olardığ.
Gözəl olardığ səninlə. Elə gözəl yaraşardıki 'yanıma sən, əllərimə əllərin'.
Kaş gəlsəydin...



Bir insan tanıyarsan, tanışın olar. O tanışın sonra dostun olar. O dostun gün gələr sirdaşın olar. O sirdaşın hər anın olar. Hər anında yanında olar bu dəfə sabahın olar. Sabahın olacağ insan əlindən tutub qaldıran olar. Əlini buraxmayan o insan gələcəyin olar. Gələcəyin olmuş o insan səndən biri olar. Səninlə bir olmuşsa o insan səndən ayrı yaşayamaz olar. Səndən ayrı yaşayamaz olana bir baxarsan, səndə ondan yaşayamaz olmusan....

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
749 784 693 771 684 698

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.