ÊLfidÂ

ÊLfid Sevgi 21-08-2020, 21:01

Qorxma yalnız olmaqdan..

Qorxma yalnız olmaqdan..

Qorxma yalnız olmaqdan..Bir gün gözəl bir insan girəcək həyatına. Sən “qaldımı belə gözəl insanlar ”
deyə düşünərkən tapacaqsan onu. Əvvəllər anlamayacaqsan, çünki milyonlarla
insan arasında uzun zamandır yalnız hiss etmisən özünü, bu qocaman kainatda.
Amma o, güzgü olacaq sənə. Sonra bir işıq olacaq, aydınlandıracaq qaranlığını.
Kitab olacaq, oxunması lazım olan. Yol olacaq sənə, bir yerdə getməli olduğunuz yol.
Əgər sən onu axtarırsansa, əslində o da səni axtarır kainatda.Amma ikinizdə hazır olmağı gözləyirsiz əslində. Buna görə də, qarşılaşana qədər bəzi ağrılardan keçəcək,
bəzi pis şeylər yaşayacaqsınız. Bir-birinizi daha yaxşı anlamaq üçün,
bir-birinizi tapanda dəyərinizi daha çox bilmək üçün. İndi ayrı həyatlarda olsanız da,
eyni dalğadasınız əslində. Çünki bağlısınız bir-birinizə. Doğulan gündən bəri.
Qorxma yalnız olmaqdan. İndi yalnızsan amma bu ona hazır olmağın üçün bir müddətdir sadəcə...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
537 561 524 524 552 515

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.