ÊLfidÂ

ÊLfid Sağlamlıq 24-08-2020, 19:46

Qan qruplarının xəstəliklərə yoluxma riski

Qan qruplarının xəstəliklərə yoluxma riski
I qan qrupu:
I qan qrupu olan insanlar əsasən, onikibarmaq bağırsağın xorası və mədə xəstəliklərindən daha çox əziyyət çəkirlər. Onlar digərlərinə nisbətən hipertoniyaya, hemofiliyaya daha çox meyilli olurlar və onlarda böyrəkdə daş daha tez əmələ gəlir. Bu qan qrupuna aid olan insanlar dəri xəstəliklərinə də meylli olurlar və zökəmə tez yoluxurlar. Bundan başqa bronxial astma, bronx və ağciyər, ağciyər vərəmi, allergik xəstəliklərə də meylli olurlar.

II qan qrupu:
II qrup qanı olan insanlar əsasən, qastrit, mədə turşuluğunun azlığı, ödün soyuqlaması və daşlaşması, işemeya kimi xəstəliklərə meylli olurlar. Bundan başqa onlar daha çox ürək-damar xəstəlikləri və revmatizmadan əziyyət çəkirlər. Hətta mədə xərçəngi və qalxanvarı vəz xəstəliklərinə də meyili olurlar.

III qan qrupu:
III qrup qanı olan insanlar isə digərlərindən fərqli olaraq əsəb sistemi ilə bağlı ağır xəstəliklərə, daha dəqiq desək, “Parkinson” xəstəliyinə mübtəla olmaları riski çox böyük olur. Qanı III qrupu aid olan insanların əksəriyyəti psixoz və nevroz xəstəliklərindən əziyyət çəkirlər, bir də ki, yoğun bağırsağın şişi və kəskin lezkoz xəstəliklərinə meylli olurlar. Bu qan qrupuna aid olan qadınlar daha çox sidik yolunun infeksiyası xəstəliyinə mübtəla olurlar.

IV qan qrupu:
Bu qan qrupuna aid olan insanlarda xolesterinin miqdarı çox olur və onlarda yağlanma və aterockleroz xəstəlikləri olur. Bu qan qrupuna aid insanlarda tramboflebit, tromboz olur və qanın qatılaşması ilə bağlı olan digər xəstəliklərə daha meylli olurlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
452 401 394 375 399 402

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.