kolgem

kolgem Şeirlər 9-11-2016, 09:42

Ağlama ürəyim, ağlama daha

Ağlama ürəyim, ağlama daha
Ağlama ürəyim, ağlama daha


Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəksən,
Ağlama ürəyim, ağlama daha.

Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərd-sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər,
Ağlama ürəyim, ağlama daha.

Sən layiq deyilsən bu göz yaşına,
Sevdiyin daş saldı sənin başına.
Ağlamaq yaraşmır sənin yaşına,
Ağlama ürəyim, ağlama daha.

Həyatdan ağrılar çox görmüsən sən,
Bilirəm o şəxsi çox sevmisən sən.
Onun yoxluğunda yaş tökmüsən sən,
Ağlama ürəyim, ağlama daha.

Yoxsa peşmansanmı sən sevdiyinə?!
Təkcə özün inan öz bildiyinə.
Ağlamaqdan qurtar get sevdiyinə,
Ağlama ürəyim, ağlama daha.

Saatlar tez ötdü, dəqiqələr bitdi,
Bu da bir taledi tez gəldi keçdi.
Göz yaşı faydasız ağlamaq gecdir,
Ağlama ürəyim, ağlama daha...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
818 875 800 728 764 832

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.