Tapmaca Desəm Taparsız?)))
Salam dostlar necəsiz?Maraqlı və əyləncəli xəbərlə gəldim.Tapmacaları yazıram buyurun cavablar sizdə)Görək kimlərin İQ səviyyəsi güclüdür?))Buyurun şərhlərə)
1)Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
2)Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
3)Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
4)Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
5)Bədəni yerdə,
Saqqalı göydə.
6)Bir damım var, qapısı yox.
7)Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
8)Ləyənda, ay ləyəndə,
Gül boynunu əyəndi,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
9)Ağ yerə toxum səpərlər.
10)Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
11)Ağca atı nalladım,
Səmərqəndə yolladım.
12)Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.
13)Bir qapağı, Min yarpağı.
14)Bir qarpızım var cığal
Üstünə dünya sığar.
15)Bir sehirli fanaram,
Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram.
16)Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.
17)Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr
Gəlib yerdə dincələr.
18)Gedir-gedir izi yox,
Kəsir-kəsir qanı yox.
19)O nədi ki, yeməyi benzindi,
Ayağı rezindi.
20)Özü qara, sözü ağ.
21)O nədi ki, içində qışdır,
Çölündə bahar.
22)Yarpağı var, ağac deyil.
Tikilir, paltar deyil.
Danışır, adam deyil.
23)Bazarda satılmaz,
Tәrәzidә çәkilmәz.
Baldan şirindir,
Amma yeyilmәz.
24)İki kürküm var,
On qardaşa çatar.
Bunu kim tapar?
25)Bәdәni var, başı yox.
Qolları var, ayağı yox.
Qarnını yırt, qanı yox.
26)Yumru tәkәr
Әllәrdә gәzәr.
27)Toydadüyündә gәzәr,
Sәsi alәmi bәzәr.
Qabırğası qatbaqat,
Gah yavaş, gah da bәrk dart.
1)Alaca, ha bulaca,
Səpdirmişəm yamaca,
Düz dırmaşar ağaca.
2)Anaxanım atlandı,
Qol-qanadı qatlandı.
3)Babam oturub al çuxada,
Kim soyundursa gözü çıxar.
4)Bağda bitər tağı yox,
Ha sıxarsan yağı yox.
5)Bədəni yerdə,
Saqqalı göydə.
6)Bir damım var, qapısı yox.
7)Lalalar, ay lalalar,
Laladan piyalalar,
Qol-budağı çiçəklər,
Köklərindən balalar.
8)Ləyənda, ay ləyəndə,
Gül boynunu əyəndi,
Yeyilər kal vaxtında,
Yemək olmaz dəyəndə.
9)Ağ yerə toxum səpərlər.
10)Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə.
11)Ağca atı nalladım,
Səmərqəndə yolladım.
12)Arpa yemir, saman yemir,
Anqırır heyvan kimi.
13)Bir qapağı, Min yarpağı.
14)Bir qarpızım var cığal
Üstünə dünya sığar.
15)Bir sehirli fanaram,
Kibritsiz də yanaram
Nə yerdə yox, nə göydə
Havadan sallanaram.
16)Quş deyil qanadı var,
Quşlardan yeyin uçar.
17)Dolanar bütün ərzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecələr
Gəlib yerdə dincələr.
18)Gedir-gedir izi yox,
Kəsir-kəsir qanı yox.
19)O nədi ki, yeməyi benzindi,
Ayağı rezindi.
20)Özü qara, sözü ağ.
21)O nədi ki, içində qışdır,
Çölündə bahar.
22)Yarpağı var, ağac deyil.
Tikilir, paltar deyil.
Danışır, adam deyil.
23)Bazarda satılmaz,
Tәrәzidә çәkilmәz.
Baldan şirindir,
Amma yeyilmәz.
24)İki kürküm var,
On qardaşa çatar.
Bunu kim tapar?
25)Bәdәni var, başı yox.
Qolları var, ayağı yox.
Qarnını yırt, qanı yox.
26)Yumru tәkәr
Әllәrdә gәzәr.
27)Toydadüyündә gәzәr,
Sәsi alәmi bәzәr.
Qabırğası qatbaqat,
Gah yavaş, gah da bәrk dart.






