Hər bir problem və çətinlikdə gələcəyin daha böyük uğurlarının toxumu olur.)
Bir insanı necə tanıyacağınızı bilirsinizmi? Nə oxuduğuna baxın.Nə izlədiyinə baxın. Divarlarına nə asdığına, rəflərinə nə qoyduğuna, necə danışdığına, necə dinlədiyinə baxın. Etməniz lazım olan tək şey baxmaqdır. Bunlar sizə, onun ruhunun harada olduğunu göstərər.
Franz Kafka

Allah sizə hədiyyə göndərəndə onu problemin içində gizlədir.Hədiyyə nə qədər böyük olursa problem də bir o qədər böyük olur.Diqqətinizi problem üzərinə cəmləmək əvəzinə hədiyyəni axtarın.Onu mütləq tapacaqsınız...Ən maraqlısı isə odur ki,çox zaman hədiyyə problemdən qat-qat dəyərli olur.Bəzən bir problemin həlli zamanı əldə etdiyiniz təcrübə sizin gələcəkdə qazanacağınız ən böyük uğurlarınızın təminatçısı olur.
Napaleon Hillin yazdığı kimi:
"Hər bir problem və çətinlikdə gələcəyin daha böyük uğurlarının toxumu olur.Sizin öhdənizə düşən isə sadəcə həmin toxumu tapmaqdır."

Müasir dönəmdə sevgili olmaq asan, o münasibəti evliliyə çevirmək çətin, evliliyi isə
davam etdirmək çox çətindir. Çünki müasir insanın dəyərləri sabit deyil, dəyişkən xarakterlidir....
Bu gün bəziləri aşiq oldu. Bəziləri sevməyə davam etdi. Bəziləri öyrəşməyə başladı. Bəziləri əlaqəsinə nöqtə qoydu. Bu bəziləri sənsən ya da mənəm. Bu gün bəziləri öldü. Bəziləri ömrünün sonunadək şikəst qalacağını öyrəndi və yenə bəziləri bir dəfə belə günəşi görə bilmədən yaşamağa davam edir. Bugün bəziləri oğurluq üçün bir evə girdi. Bəziləri kartof qızartması yedi. Bəziləri sevib ayrıldığından mesaj gözlədi. Bu bəziləri bizik. Həmişə şanslı tərəfdə qala bilmək diləyiylə...

Vaxt gəlir insan sadəcə onu o olduğu üçün sevənlərə,danışmadan belə anlayanlara,susduğu yerdən onu tanıyanlara,sadəcə gözlərinə baxanlara deyil qəlbini görənlərə,niyə deyə soruşmayanlara ehtiyacı olduğunu anlayır. O zamandan da dəyər verdiklərinə bir ad qoymağa ehtiyac qalmır və heç kimin yanında qalmağa israr etmir,heç kimi yanında saxlamağa çalışmır. Çünki,bunlar yoxdursa,onlar da heç yanında olmamışlar deməkdir...Günün birində son yeməyini yeyib, son çiçəyini qoxlayıb, bir dostuna son dəfə sarılacaqsan. Son olduğundan xəbərin olmayacaq. Ona görə sevdiyin hərşeyi həvəslə etməlisən. Qalan illərinin dəyərini bilməlisən, çünki, davamı yoxdu...








