Arzum

Arzum Maraqlı 31-08-2020, 14:57

Zəif işıq beyin strukturunu dəyişdirir - Ailmlərdən XƏBƏRDARLIQ

Zəif işıq beyin strukturunu dəyişdirir - Ailmlərdən XƏBƏRDARLIQ
ABŞ-ın Miçiqan Universitetinin neyrobioloqları insanlar kimi gündüz hərəkət edib gecələr yatan Nil çöl siçanları üzərində araşdırma aparıblar. Belə ki, onlar siçanların bəzilərini bir ay boyunca zəif, digərlərini parlaq işığa məruz qoyublar.

Loading.az xəbər verir ki, zəif işığın təsiri altında olan siçanların beyinlərindəki öyrənmə və yaddaşla bağlı hippokampus bölümündə təxminən 30 faizə yaxın enerji itkisi qeydə alınıb. Bundan əlavə, heyvanların məkanla bağlı vəzifələrini yerinə yetirərkən çətinlik çəkdiyi məlum olub. Parlaq işığa məruz qalan siçanlarda isə əksinə olaraq məkanla bağlı vəzifənin yerinə yetirilməsi zamanı irəliləyiş nəzərə çarpıb.
Uzun müddət zəif işıqda qalan siçanlar daha sonra 4 həftə ərzində parlaq işığın təsiri altında olublar. Son nəticədə isə onların beyin tutumlarının tamamilə yaxşılaşdığı müşahidə olunub.

Alimlər zəif işığın hippokampusda neyronların və sağlam əlaqələrin davamlılığına kömək edən peptidlərin azalmasına səbəb olduğunu söyləyiblər.
Milli.Az /news.milli.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
432 429 414 420 419 413

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.