kolgem

kolgem Şeirlər 14-11-2016, 11:13

Mən səni unuda bilmirəm

Mən səni unuda bilmirəm
Mən səni unuda bilmirəm


Sən uzaq deyilsən, ürəyimdəsən,
Amma sənə gəlib çata bilmirəm.
Sən məni unudub uzaqlaşırsan,
Mən səni unuda, ata bilmirəm.

Mən elə yanmışam, sovrulub külüm,
Səndən ayrı necə danışım, gülüm.
Tənha keçirdiyim hər günüm zülüm,
Mən səni unuda, ata bilmirəm.

Neynirəm qismətə düşən bu payı,
Keçir həsrət ilə hər günü ayı,
Ürək sevə bilmir səndən savayı,
Mən səni unuda, ata bilmirəm.

Mənə ürəyini açandan bəri,
Qurumur gözümün bir gündə nəmi.
De, hara aparım bu yükü, qəmi?
Mən səni unuda, ata bilmirəm.

Qəlbimdə sevəcəm səni hər zaman,
İnan, ürəyimdə qorunacaqsan.
Sən məni çox asan unudacaqsan,
Mən səni unuda, ata bilmirəm...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
922 1007 862 796 878 905

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.