Arzum

Arzum İdman 2-09-2020, 18:30

"Yuventus"un futbolçusu Devid Bekhemin klubuna keçir

"Yuventus"un futbolçusu Devid Bekhemin klubuna keçir
Qonsalo İquain

İtaliyanın "Yuventus" klubunun futbolçusu Qonsalo İquain karyerasını ABŞ-da davam etdirməyə çox yaxındır.

Loading.az "Tyc Sports"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu MLS təmsilçilərindən "İnter Mayami" ilə razılaşıb. Argentinalı forvardın sözləşməsi iki illik nəzərdə tutulub.

İngiltərə millisinin sabiq üzvü Devid Bekhemin rəhbəri olduğu klub bu keçidi Turin klubu ilə həll etməlidir. "Yuventus"un yeni baş məşqçisi Andrea Pirlo İquaini komandasında görmək istəmir.

Qeyd edək ki, Qonsalo İquain 2019/2020 mövsümündə "Yuventus"un heyətində 44 oyun keçirib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
506 483 473 465 432 500

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.